AZ

Özbəkistan Orta Dəhliz və Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlıdır





Özbəkistanlı yükgöndərənlər "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə əməkdaşlıqda və Orta Dəhliz, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

Newscenter.az xəbər verir ki, bu barədə ADY-nin nümayəndə heyətinin Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.

ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.

Tərəflər yükdaşımaların həcminin artırılması, logistika proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Süleyman
Seçilən
22
10
newscenter.az

10Mənbələr