AZ

Artan çəki və ya iştahsızlıq depressiyanın xəbərçisi ola bilər

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ailə psixoloqu Yekaterina Koşeleva depressiyanın fiziki və psixoloji əlamətləri barədə əhəmiyyətli xəbərdarlıq edib. AzPost bildirir ki, mütəxəssis depressiyanın yalnız psixoloji deyil, bəzən çəki dəyişiklikləri ilə də özünü göstərdiyini deyib.

Koşeleva bildirib ki, depressiya zamanı apatiya, laqeydlik, aşağı özünə hörmət və adi işləri yerinə yetirməkdə çətinlik kimi hallar müşahidə olunur. Onun sözlərinə görə, hətta gündəlik gigiyena qaydalarına riayət etmək, məsələn, dişləri fırçalamaq və ya paltar dəyişmək belə insanlara ağır gələ bilər.

Psixoloq həmçinin vurğulayıb ki, xroniki yorğunluq, uzun istirahətdən sonra belə keçməyən fiziki və zehni tükənmə də bu vəziyyətin göstəricisidir. Bəzilərində iştahsızlıq, digərlərində isə həddindən artıq yemək ehtiyacı yaranır ki, bu da bədən çəkisində ciddi dəyişikliklərə səbəb olur.

“Əgər bu simptomlar iki həftədən artıq davam edərsə, mütləq mütəxəssisə müraciət edilməlidir”, – deyə psixoloq Gazeta.ru-ya müsahibəsində qeyd edib.

Araşdırmalar göstərir ki, son illərdə xüsusilə doğuşdan sonra depressiyaya düşən qadınların sayı artıb. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə antidepresant qəbul edən şəxslərin təqribən altmış yeddi faizi doğuşdan sonrakı depressiyadan əziyyət çəkən qadınlardır. Onların əksəriyyəti iyirmi beş ilə qırx yaş arasında olan şəxslərdir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
azpost.info

2Mənbələr