Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ilə rəhbərlik arasındakı gərginlik səngiyib.
QOL.az "A Bola"ya istinadən xəbər verir ki, klubun idarəçiliyinə etiraz əlaməti olaraq son iki oyunu boykot edən portuqaliyalı hücumçu komandaya qayıdır.
Məlumata görə, 41 yaşlı superulduzun geri dönməsi üçün rəhbərlik onun iki əsas tələbini yerinə yetirib:
1. Klub işçilərinin gecikdirilmiş maaşları tam ödənilib.
2. Qış transfer pəncərəsində kənarlaşdırılan və Ronaldonun yaxın adamları sayılan idman funksionerləri - Joze Semedu və Simao Koutinyonun səlahiyyətləri bərpa edilib.
Karyerasında 961 qolu olan "Qızıl top" sahibinin bu həftəsonu "Əl-Fateh"lə oyunda meydana çıxması gözlənilir.
Qeyd edək ki, "Əl-Nəsr" hazırda turnir cədvəlində lider "Əl-Hilal"dan cəmi 1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.