AZ

Ronaldonun tələbləri yerinə yetirildi

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Kriştiano Ronaldo "Əl-Nəsr" klubunda başladığı etiraz aksiyasını yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, klub, futbolçunun bəzi tələblərini yerinə yetirib. "A Bola" nəşrində dərc edilən xəbərə görə, "Əl-Nəsr" portuqaliyalı direktorlar Jose Semedu və Simao Koutinyonu vəzifələrinə qaytarıb. Həmçinin klub bəzi əməkdaşların borclu olduğu maaşlarını ödəyib.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazılıq etmişdi. Ronaldo hesab edir ki, fond, nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
metbuat.az

10Mənbələr