AZ

Hamı Ronaldonun oruc tutmasından danışır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun sabiq oyunçusu Şaye Şarahili portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bağlı maraqlı detalları açıqlayıb.

Publika.az xəbər verir ki, o, Ronaldonun yerli mədəniyyətə olan hörmətini vurğulayıb. Şarahili “Thmanyah Sports” podkastında bildirib ki, Ronaldo keçən il Ramazan ayında müsəlman olmamasına baxmayaraq oruc tutmağı seçib:

“Keçən il Kriştiano Ronaldo “Əl-Nəsr”in müsəlman oyunçuları ilə birlikdə Ramazan ayında oruc tutmağa çalışdı. O, müsəlmanların oruc zamanı nə hiss etdiyini yaşamaq üçün iki gün oruc tutdu”.

Seçilən
16
publika.az

1Mənbələr