AZ

Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü

Rusiyada Ukraynaya qarşı vuruşmaq üçün yaradılan "Arbat" xüsusi təyinatlı erməni muzdlu batalyonunun komandiri Ayk Qasparyan ölüb.

"Yeni Sabah" xəbər verir ki, Qasparyan fevralın 9-da döyüş əməliyyatını yerinə yetirərkən öldürülüb.

Bildirilir ki, Qasparyan 2023-cü ildən "Arbat"ın komandiri vəzifəsini yerinə yetirirdi. O, keçmiş "Vaqner" üzvüdür. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə onu "Cəsarətə görə" medalı ilə təltif etmişdi.

Məlumata görə, "Arbat" 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sarkisyan 2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülüb./Oxu.az


Telegram kanalımız
Seçilən
46
6
yenisabah.az

7Mənbələr