AZ

Ronaldo “Əl-Nəsr”də məşqlərə qayıdıb və növbəti oyunda meydana çıxacaq

Portuqaliyalı furbolçu Kriştianu Ronaldo “Əl-Nəsr” klubu ilə məşqlərə qayıdıb və Səudiyyə Ərəbistanı futbol çempionatının növbəti turunda “Əl-Fəth”lə oyunda iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" qəzeti məlumat yayıb.

Məlumata görə, portuqaliyalı futbolçuya və klubun əməkdaşlarına maaş üzrə yaranmış borclar ödənilib. Ronaldo komandasının ölkə çempionatında keçirdiyi son iki oyunu buraxmışdı.

"A Bola" daha əvvəl yazmışdı ki, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubun idarə olunmasından narazıdır.

Futbolçu hesab edir ki, transfer dövründə komanda lazımi səviyyədə gücləndirilməyib.

Seçilən
81
6
apa.az

8Mənbələr