AZ

“Prezidentimiz onları dəstəkləyir” - Vens

ABŞ administrasiyası İranda davam edən hökumət əleyhinə etirazlara münasibət bildirərək nümayişçilərə dəstəyini ifadə edib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Prezidentimiz İrandakı dinc etirazçıların yanında olduğumuzu və onları dəstəklədiyimizi açıq şəkildə bəyan edib”, – deyə o bildirib.

ABŞ-İran münasibətlərinin gələcəyinə toxunan vitse-prezident qeyd edib ki, bu istiqamətdə növbəti addımlar şəxsən Prezident Donald Tramp tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın (rial) kəskin dəyər itirməsi və hiperinflyasiya fonunda başlamışdı.

"Cebheinfo.az" 

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr