AZ

Braziliya polisi uçuşa hazırlaşan pilotu həbs etdi Pedofiliyada ittiham olunur

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliya polisinin San-Paulu hava limanında keçirdiyi əməliyyat çərçivəsində uçuşdan az öncə "Latam Airlines Brasil" aviaşirkətinin 60 yaşlı pilotu Serjiu Antoniu Lopeş həbs edilib. O, pedofiliyada və uşaqlar üzərində cinsi istismar şəbəkəsi təşkil etməkdə ittiham olunur.

Bu barədə Oxu.Az "The Sun" nəşrinə istinadən məlumat verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lopeş yetkinlik yaşına çatmayan qızları müştərilər üçün motellərə aparıb. O, həmçinin uşaq pornoqrafiyasının istehsalı ilə məşğul olan cinayətkar qruplaşmanı təşkil etməkdə şübhəli bilinir.

Bundan əlavə, hüquq-mühafizə orqanları pilotun əlbir olduğu 55 yaşlı qadını da saxlayıb. O, özünün 10, 12 və 14 yaşlı qız nəvələrini Lopeşə təhvil veribmiş.

Aviaşirkət də öz növbəsində daxili araşdırmaya başlayıb. Qurumun nümayəndəsi bildirib ki, istənilən cinayətkar fəaliyyəti qətiyyətlə pisləyir, ən yüksək təhlükəsizlik və davranış standartlarına sadiqliyini bir daha təsdiqləyir.

"Latam"ın məlumatına görə, pilotun saxlanılmasına baxmayaraq, San-Paulu-Rio-de-Janeyro reysi normal rejimdə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
oxu.az

2Mənbələr