AZ

“Nəriman özündə deyildi, getməsi lazım idi” - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ABŞ-ın “Kolumbus Kru” klubuna keçmək üzrə olan futbolçusu Nəriman Axundzadə barədə danışıb.

QOL.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə matçdan (2:1) sonra Q.Qurbanov jurnalislərə deyib:

“Nərimanın gedişi “Qarabağ” üçün ürəkaçan deyil. Sadəcə onun son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki onun üçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik”.

Seçilən
45
2
teleqraf.com

3Mənbələr