AZ

Qış Olimpiya Oyunları: Azərbaycanın fiqurlu konkisürəni yarışı 13 cü sırada tamamlayıb

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Milan və Kortina-d Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycanın fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.

Moderator.az xəbər verir ki, təmsilçimiz təkbətək konkisürmə üzrə qısa proqramda mübarizə aparıb. Litvintsev proqramı 63,63 xalla tamamlayaraq 13-cü yeri tutub.

Qeyd edək ki, yarışda ümumilikdə 29 idmançı iştirak edir. Onlardan ilk 24-ü sərbəst proqrama vəsiqə qazanacaq.

Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən Qış Olimpiya Oyunlarında 18-ci yerlə kifayətlənmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
moderator.az

3Mənbələr