AZ

Nikahdankənar doğulanların statistikası təqdim olunub

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünya üzrə nikahsız əlaqələrdən doğulan uşaqların sayı getdikcə artır.

Reyting.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2026-cı il üçün hazırladığı statistik hesabat göstərir.

Hesabata görə, nikahdan kənar doğumların ən yüksək olduğu ölkə Kolumbiyadır (87%). Çili, Kosta-Rika və Meksikada bu göstəricinin 70 faizdən çox olduğu qeyd edilib.

Yeni statistikaya əsasən, siyahıda yer almış Skandinaviya ölkələrində də belə məyusedici problemlər mövcuddur. Mövzu ilə bağlı mənfi göstəricilərə malik olan İslandiyada bu statistika 69 faiz, Norveçdə 61 faiz, İsveçdə 58 faiz, Danimarkada 55 faizdir.

Qeyri-qanuni münasibətlərdən doğulmuş uşaqlarla bağlı ən aşağı, qismən ümidverici göstəricilər Yaponiyada qeydə alınıb: 2,4 faiz. Türkiyədə isə bu rəqəm 3,1 faizdir.

Cənubi Koreya da tam minimum göstərici nümayiş etdirib - 4,7 faiz. Yunanıstanda isə bu göstərici 9,7 faizlə qeydə alınıb.

Siyahıda olan ABŞ və Qərbi Avropa ölkələri orta mövqedədirlər. Bu infoqrafikada ABŞ-nın pay təxminən 40 faizdir.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində belə uşaqlar dövlət himayəsinə, həmçinin digər ailələrə övladlığa verilsələr də, onlar statusuna görə, məsuliyyətsiz valideynləri tərəfindən atılmış körpələr hesab olunurlar.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
reyting.az

1Mənbələr