AZ

Elitada qalmaq üçün qeyri-adi yola əl atdılar

Maldiv adalarının “Qrin Strits” klubunun futbolçuları aşağı liqaya düşməmək üçün qəribə yola əl atıblar.

Publika.az xəbər verir ki, komanda üzvləri kollektiv şəkildə ishalı simulyasiya ediblər.

Son turda komandanın elitada qalması üçün üç topdan artıq fərqlə məğlub olmamaq kifayət idi. Lakin güclü rəqibə qarşı oynamaq perspektivi vəziyyəti çətinləşdirirdi. Buna görə klub rəhbərliyi qeyri-adi addım ataraq matçda iştirakdan imtina edib. Bu, futbolçuların kollektiv ishal keçirməsi ilə izah edilib.

Plan işə yarayıb. Maldiv çempionatının qaydalarına əsasən “Qreen Strits”ə 0:2 hesablı texniki məğlubiyyət verilib. Maldivdə texniki məğlubiyyət 0:3 deyil, 0:2 hesabı ilə rəsmiləşdirilir.

Seçilən
40
publika.az

1Mənbələr