AZ

Media: Lazer sınaqları ABŞ hava məkanının bağlanmasına səbəb olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 12 fevral, AZƏRTAC

Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığı Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava məkanının bağlanmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer sınaqları planlaşdırıb. FAA isə mülki aviasiyanın təhlükəsizliyini əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Pentaqonun sınaqları keçirib-keçirmədiyi hələlik açıqlanmayıb. ABŞ mediası qərarın təhlükəsizlik səbəbi ilə verildiyini bildirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
12
azertag.az

10Mənbələr