AZ

Lazer sınaqları ABŞ hava məkanının bağlanmasına səbəb oldu

Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığı Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava məkanının bağlanmasına səbəb olub.

Publika.az xəbər verir ki, "Associated Press"in mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer sınaqları planlaşdırıb. FAA isə mülki aviasiyanın təhlükəsizliyini əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Pentaqonun sınaqları keçirib-keçirmədiyi isə hələlik açıqlanmayıb.

Seçilən
24
12
publika.az

10Mənbələr