Tarix Əliyev (Tolik) sosial televerilişlərin ekspertlərini hədəfə alıb.
Publik.az xəbər verir ki, o, “Öz aramızda” verilişində bildirib:
“Qızı boşanan biri çıxıb ekspertlik edir, ailə sahibi olmayan adam rayon camaatına məsləhət verir. Alim adını daşıyırsınız, amma danışığınıza fikir vermirsiniz. Mən Türkiyədə görməmişəm ki, alim müğənnilər haqqında danışsın.
Subay insanlarsınız, sizə necə inanım? Danışıq tərzinizi bilmirsiniz. Siz kimsiniz ki, haqqımda fikir bildirirsiniz? Mən rəhbərləriniz haqqında danışmıram. Hansı verilişlərdə nə danışdığınızı da bilirik.
Deyirik ki, bu sahənin adı şou-biznesdir. Bura əyləncə məkanıdır, namus dərsi keçilən yer deyil. Hansısa alim çıxıb Lopez haqqında “efirdən çıxarılsın” demir. Hər sahənin öz qaydası var.