AZ

Rusiya Azərbaycanı və Türkiyəni HƏDƏLƏDİ: “Ukraynadan DƏRS ALMADILAR”, Ərdoğana “VARİS ŞANTAJI”

Kremlə yaxın politoloqlar: "Ukraynadan dərs almadılar, Rusiya Cənubi Qafqaza qayıdana qədər heç kim xoşbəxt olmayacaq"

“Qafqazda hamı Kissincerin dərsini öyrənməyib: "Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür’"

Paytaxt.or Musavat.com-a istinadla xəbər verir ki, Rusiyanın "Svobodnaya pressa" saytının ABŞ vitse-prezidenti Di Vensin İrəvana və Bakıya səfəri haqda dərc etdiyi yazıda belə deyilir.

Məqalədə hər iki ölkəyə açıq təhdidlər var. İddia olunur ki, Vensin səfəri Kremlə “dost kimi görünən, amma onun gəmilərini saxlayan” ABŞ-nin növbəti anti-Rusiya addımıdır.


Rusiya Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovinin sözlərinə görə, Cənubi Qafqaz ölkələri ABŞ-yə yaxınlaşmaqla “könüllü olaraq özlərini qeyri-sabitlik zonasına yerləşdirirlər.”

Korovin açıq təhdiddən də çəkinməyib: “Rusiya üçün əsas problem nəyin bahasına olursa olsun Qafqazın geri qayıtmasıdır və bu baş verəcək. Rusiya ora qayıdana qədər heç kim xoşbəxt olmayacaq”.

Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Tədqiqatları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin isə deyib ki, Vensin səfəri zamanı İrəvan və Bakı ilə hərbi əməkdaşlıq məsələləri bağlı qapılar arxasında kifayət qədər ciddi müzakirə olunub. O, ABŞ və ya NATO hərbi bazalarının bu ölkələrdə yerləşdirilməsinin müzakirə olunduğunu mümkün hesab edib.

Prezident Ərdoğan varisini müəyyən edib”- bu barədə “Kommersant”nəşri yazır.

“Qərb mediası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalı öz varisi təyin etmək niyyətində olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın 44 yaşlı oğlu Bilal son altı ayda Türkiyədə ciddi siyasi fiqura çevrilib. O, tez-tez atasını xaricə səfərlərdə müşayiət etməyə, əsas hökumət vəzifələrinə namizədlərin seçilməsində iştirak etməyə başlayıb və hakim Ədalət və İnkişaf Partiyasında (AKP) tərəfdarlar qazanmağı bacarıb”-nəşr yazır. “Kommersant” yazır ki, bu günlərdə “Bloomberg” də öz mənbələrinə istinadən Bilal Ərdoğan partiyaya rəhbərlik etmək və vitse-prezident olmaq, daha sonra isə ölkənin ən yüksək vəzifəsində özünü sınamaq üçün hazırlana bilər.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
63
1
paytaxt.org

2Mənbələr