“Ötən həftə Kiyevdə idim və Rusiyanın amansız hücumlarının təsirini gördüm. Putin bir daha Ukrayna xalqının müqavimətini qırmağa çalışır və onların qətiyyətini zəiflətməyə ümid edir. Lakin Ukrayna və onun xalqı dəfələrlə təslim olmayacaqlarını göstəriblər".
Ölkə.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. O bildirib ki, əsas hədəfimiz Ukraynaya dəstəyin gücləndirilməsi olacaq.
Kalininqraddakı Suvalki dəhlizinin bağlana biləcəyi təqdirdə NATO ilə Rusiya arasında toqquşma ehtimalına toxunan baş katib Rutte deyib ki, Alyans müntəzəm olaraq müxtəlif ssenarilərə əsaslanan təlimlər keçirir. “Əmin edirəm ki, istənilən təhdidə ən yaxşı şəkildə cavab verməyə hazırıq. Heç kim bizə hücum edə biləcəyini düşünməməlidir, çünki cavabımız dağıdıcı olacaq".
Mürtəza