AZ

Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədəki çıxışı faktiki olaraq ölkənin yeni iqtisadi modelinin konturlarını ortaya qoyur. Bu, sadəcə İKT sahəsi ilə bağlı müşavirə deyil – Azərbaycanın post-neft mərhələsinə keçid strategiyasıdır.

Prezidentin yeni iqtisadi modelinin əsas mesajı bundan ibarətdir: enerji, data, süni intellekt
Çıxışın əsas ideyası çox aydındır. Gələcəyin iqtisadiyyatı artıq neft-qaz yox, data və süni intellektikt üzərində qurulur.

Prezident açıq şəkildə deyir ki, süni intellekt, data mərkəzləri, rəqəmsallaşma ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlar olacaq. Bu, dövlət səviyyəsində “Süni İntellekttə (Sİ) iqtisadiyyatına keçid” qərarı deməkdir.

 Azərbaycanın rəqəmsal modelinin unikallığı  və görünən əsas strateji yanaşma ondan ibarətdir ki, klassik İT ölkəsi kimi yox, enerji, tranzit, data hub modeli qurmaq istəyir. Bu model 3 dayağa söykənir. Enerji üstünlüyü və data mərkəzləri üçün əsas resurs. 10 min MW generasiya gücü, 2000 MW boş enerji ehtiyatı, yaşıl enerji planları.

Dünya trendlərində bu kritik məsələdir. Çünki Sİ və data mərkəzlərinin ən böyük problemi enerji çatışmazlığıdır.

Bu gün ABŞ-da data mərkəzi tikintisi 2–3 il çəkir, Avropada enerji qıtlığı var. Azərbaycan isə
 sürətli qərarvermə, ucuz enerji, siyasi sabitlik olduğundan  bu məsələdə problem yoxdur. Bu, ölkəni regional Sİ və data mərkəzi mərkəzinə çevirmək planıdır.

Prezidentin çıxışında mesaj verdi ki,  yeni geosiyasi xəttini Azərbaycanı Rəqəmsal İpək Yoluna çevrilməsi təşkil edir. Bu isə Azərbaycanın nəqliyyat və enerji dəhlizi olmaqla yanaşi, fiber-optik dəhlizlərə çevrilməsi deməkdir. Orta Dəhliz artıq yalnız yük yolu deyil, gələcəkdə data dəhlizi olacaq. Prezidentin hədəfi  Azərbaycanı Asiya–Avropa internet trafikinin, bulud və data axınının, regional server infrastrukturunun keçdiyi ölkəyə çevrilməsidir.

Prezidentin çıxışında xüsusi vurğulanan  məqamlardan biri də ondan ibarətdir ki, bu hədəflərə nail olmaq üçün Azərbaycanın ABŞ, Avropa İttifaqının 10 ölkəsi və Çinlə strateji tərəfdaşlıq sənədləri var. Bu, rəqəmsal dünyada çox nadir konfiqurasiya kimi, hər üçü ilə eyni vaxtda işləyən nadir ölkələrdəndir. Azərbaycan buna  Prezident İlham Əliyevin yürütdüyü uğurlu çoxvektorlu siyasəti nəticəsində  nail ola bilib. Bu da Azərbaycanı digər  məsələlərdə olduğu kimi rəqəmsal  sahədə də neytral platforma edə bilər.

Dövlət idarəçiliyində inqilab: “Sİ hökumət”

Prezidentin çıxışın ən diqqətçəkən hissələrindən biri də süni intellektin dövlət idarəetməsinə tətbiqi ilə bağlıdır. Prezident çıxışında dövlət qurumlarında Sİ agentlərin tətbiqini, vahid “mygov” platformasını, bütün dövlət xidmətlərinin bir mərkəzdən idarəsini tapşırıb. Bu isə  klassik e-hökumətdən fərqli olaraq Sİ-hökumət modelinə keçid deməkdir. Bu model proaktiv xidmətlər, avtomatik qərar dəstəyi, vətəndaş müraciəti olmadan xidmətlər kimi yeni mərhələni ifadə edir.
Kibertəhlükəsizlik – yeni milli təhlükəsizlik sahəsi
Müşavirədə  açıq şəkildə  qeyd olundu ki, Azərbaycan aqressiv kiberhücuma məruz qalıb. Bu da onu deməyə əsas verir ki, rəqəmsallaşma artıq milli təhlükəsizlik məsələsidir. Gələcəkdə SOC mərkəzləri, CERT sistemləri, Sİ kibermüdafiə prioritet olacaq.

İnsan kapitalı- ən kritik çağırış
Müşavirdədə ən  vacib vurğulanan problemlərdən biri kadr çatışmazlığı, təhsil sisteminin dəyişməsi, freelancer və digital nomad siyasətidir. Bu, ölkənin qlobal İT mütəxəssislərini cəlb etməyə hazırlaşdığını göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, süni intellektsiz inkişaf mümkün deyil. Bu çıxışda qeyd olunan ən ciddi  strateji mesajı idi. Prezidentin yanaşmasına görə, Sİ-yeni sənaye inqilabı, data-yeni neft, data mərkəzləri  isə yeni zavodlar, fabriklər, istehsal müəssisələri deməkdir.
Azərbaycanın məqsədi isə regionun rəqəmsal və Sİ mərkəzinə çevrilməkdir.
 Prezidentin çıxışı nəticə etibarı ilə texnologiya strategiyası deyil, ölkənin yeni inkişaf modelinin elanıdır. Azərbaycan enerji ölkəsindən data və süni intellekt ölkəsinə keçid mərhələsinə daxil olur.

Mürtəza

Seçilən
56
2
olke.az

10Mənbələr