AZ

Bu ölkədə milli fəlakət ELAN EDİLİB

Ajans.az xəbər verir ki,bu barədə yerli Madaqaskar Tribune qəzeti məlumat yayıb. Bildirilir ki, qərar güclü külək və leysan yağışları ilə müşayiət olunan siklonun yaratdığı genişmiqyaslı dağıntılardan sonra qəbul olunub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 30-dan çox insan həyatını itirib. Bundan əlavə, yaşayış evlərinə və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Hakimiyyət orqanları zərərçəkən əhaliyə yardım göstərilməsi üçün əlavə tədbirlərin görüldüyünü bildirir.

 

Seçilən
122
Ajans.az

1Mənbələr