AZ

Prezidentdən “Yeni Rəqəmsal Arxitektura” mesajı

“Bu gün dünya yeni çağrışlar, yeni sənaye inqilabı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələni rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə etmədən keçmək mümkün deyil. Bu çağrışlarda ölkəmizin inkişafını təmin etmək üçün Azərbaycanın prezidentinin yanında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı üzrə müşavirə keçirildi”.

Bu sözləri NOCOMMENT.az-a deputat Hikmət Bababoğlu Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışını şərh edərkən deyib.

O, qeyd edib ki, bu, 21-ci əsrdə Azərbaycan vizyonunun yeni mərhələsi hesab edilə bilər:

“Çünki Prezidentin müşavirədə qeyd etdiyi kimi, biz coğrafiyamızı inkişafımızın lehinə istifadə edə bilmişik və müasir kommunikasiya imkanları yaratmışıq. Lakin süni intellekt və rəqəmsal baza olmadan inkişaf mümkün deyil. Prezident bu istiqamətdə vahid dövlət siyasətinin müəyyən edilməsinin əsasını qoyub. Nəzarət olunmalıdır ki, hər bir nazirlikdə rəqəmsal məsələlərlə bağlı müavin təyin edilsin. Bütün bunlar sürətli şəkildə yeni dövrün adaptasiyasını təmin edəcək.

Hikmət Babaoğlu

Deputat bildirib ki, Prezident çıxışında yaşıl enerji məsələsinə də toxunub:

“Biz əvvəllər əsasən neft və qaz ixrac edirdiksə, bu gün yaşıl enerjini Avropaya ixracı düşünürük. Bu isə, əlbəttə, enerji təchizatında 4-cü sənaye inqilabı mərhələsində mühüm hadisədir. Azərbaycan burada yenə inteqrasiya mövqeyindən çıxış edir. Paralel olaraq, son dövrlərdə əldə etdiyimiz tarixi nailiyyətlərin rəqəmsal bazalarda çıxarılmasını planlaşdırırıq.

ABŞ ilə imzalanmış xartiyada bütün bu məsələlər öz əksini tapıb.

Bakı və Vaşinqton həm süni intellekt, həm də onun daşınması sahələrində əməkdaşlıq edir. Önümüzdəki bir neçə ildə ən yeni texniki vasitələrdən istifadə Azərbaycanın çağırışlara cavab verməsini təmin edəcək. Hesab edirəm ki, rəqəmsal arxitektura məsələsinin bu qədər aktuallaşması ölkəmizin gələcəkdə uzunmüddətli perspektivdə 21-ci əsr üçün inkişafını təmin edəcək”.

Atilla Rzasoy

Seçilən
44
nocomment.az

1Mənbələr