AZ

11 yaşlı uşağın ölümünə səbəb olan zəhərlənmə barədəRƏSMİ MƏLUMAT

Sabirabadda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ötən gecə baş verib. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının həkiməqədər ölümü qeydə alınıb.

Seçilən
95
2
xezerxeber.az

7Mənbələr