AZ

Azərbaycan yığmasının Millətlər Liqasının 2026/2027 mövsümündə qrup rəqibləri bəlli olub

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü Brüsseldə təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli komandası D liqasında 2-ci qrupda yer alacaq. Millimizin rəqibləri Litva və Lixtenşteyn yığmaları olacaq. Qrup mərhələsində komandalar bu ölkələrə qarşı çıxış edəcək və D liqasının qalibi olmaq üçün mübarizə aparacaqlar.

Yeni mövsüm 2026-cı ilin sentyabrında start götürəcək və komandalar yüksəlmək üçün intensiv qarşılaşmalara çıxacaqlar.

Seçilən
80
90deqiqe.az

1Mənbələr