AZ

ABŞ Venesuelada işləyən şirkətlərə zəmanət verməyəcək

BAKI, 13 fevral. TELEQRAF

ABŞ hakimiyyəti Venesuelada işləmək istəyən Amerika şirkətlərinə heç bir təhlükəsizlik zəmanəti təqdim etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt CNN telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ABŞ hökuməti nə fiziki, nə də iqtisadi təhlükəsizliklə bağlı təminat verməyi planlaşdırmır.

“Amerika biznesi və beynəlxalq şirkətlər dünyanın müxtəlif ölkələrində fərqli siyasi və riskli şəraitdə fəaliyyət göstərirlər. Venesuela da istisna deyil. İki ay əvvəl bu ölkə biznes üçün ən təhlükəli və əlverişsiz məkanlardan biri idi, lakin hazırda vəziyyət xeyli yaxşılaşıb”, — deyə Rayt bildirib.

Bununla yanaşı, nazir Venesuelanın ciddi maliyyə problemləri ilə üzləşdiyini vurğulayıb. Onun fikrincə, bu problemləri nə bir ilə, nə də iki-üç ilə həll etmək mümkün olacaq. Rayt əlavə edib ki, ölkədə tammiqyaslı islahatların aparılması və əsaslı dəyişikliklərin həyata keçirilməsi yalnız seçkilərdən sonra mümkün ola bilər.

Seçilən
50
teleqraf.com

1Mənbələr