AZ

"Razılaşmaya gəlməzlərsə, onlar üçün çətin olacaq" - Trampdan İran açıqlaması 

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma etmək lazım olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Gələn ay razılaşmaya varılacağını düşünürəm. Əgər onlar ilə razılaşa bilməsək, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox sərt olacaq" - deyib.

Tramp İranla razılaşa bilmədikləri təqdirdə İranın vəziyyətinin "travmatik" olacağını və çətin bir dövr keçirməli olacağını söyləyib.

Jurnalistin "İran razılaşması üçün bir vaxt cədvəli varmı?" sualını cavablandıran Tramp "Düşünürəm ki, bu, gələn ay ərzində baş verə bilər. Razılaşma çox qısa müddətdə olmalıdır. İranlılarla istədiyim qədər danışmağa davam edəcəyəm. Əgər onlarla bir razılaşmaya varmasaq, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox sərt olacaq. Mənim istədiyim şey bu deyil" - fikirlərini səsləndirib.

Seçilən
29
manset.az

1Mənbələr