AZ

ABŞ-lı nazirdən şok açıqlama: “Unitazdan kokain çəkmişəm”

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri  Robert Kennedy  keçmişdə narkotik istifadə etdiyini və uzun illər asılılıqla mübarizə apardığını açıqlayıb.

 Vətəninfo.az xəbər verir ki, Kennedi bildirib ki, gənclik illərində kokain və heroin istifadə edib və həmin dövrdə antisanitar şəraitdən çəkinməyib.

“Mən mikroblardan qorxmuram. Bilirsiniz, mən əvvəllər unitaz oturacaqlarından kokain çəkirdim”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, illərdir gündəlik dəstək qrupu görüşlərində iştirak edir və artıq 43 ildir ayıq həyat tərzi sürür. O, asılılıqdan qurtulma prosesində dəstək qruplarının mühüm rol oynadığını bildirib.

Kennedinin açıqlamaları ABŞ ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Seçilən
142
veteninfo.az

1Mənbələr