AZ

Polisə avtomobili sərxoş halda sürmədiyini bildirsə də, anası “içib” dedi

BAKI, 13 fevral. TELEQRAF

Bakının Xəzər rayonu ərazisində sərxoş halda avtomobili idarə edən sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.

Teleqraf-ın məlumatına görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan B.D-dən “alkotester” vasitəsilə nümunə götürülüb.

Həmin nümunədə şəxsin spirtli içki qəbul etməsi ilə bağlı müsbət göstərici olsa da, sürücü bununla razılaşmayıb.

Maraqlıdır ki, həmin vaxt sürücünün anası xidməti avtomobilə yaxınlaşaraq oğlunun spirtli içki qəbul etməsini qeyd edib, qonaqlıqdan gəldiklərini
bildirib.

Bundan sonra sürücü sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolu şəxsən yazıb, spirtli içki qəbul etdiyini qeyd edib.

İnzibati xəta haqqında iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə 1995-ci il təvəllüdlü sürücünü 400 manat məbləğində cərimələyib.

Seçilən
37
4
teleqraf.com

5Mənbələr