AZ

Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

Bu barədə "Report" "Armenian Council"a istinadən xəbər verir.

Dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gəlib.

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.

Məlumat yenilənir

"Cebheinfo.az"

Seçilən
30
15
cebheinfo.az

10Mənbələr