AZ

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bakı.Trend:

“Azerconnect Group” vətəndaşlara göstərilən xidmətlərin daharahat, çevik və əlçatan formada təşkili məqsədilə rəqəmsal həllərtətbiq etməyə davam edir. Bu yanaşma çərçivəsində “AzerconnectGroup” “mygov” rəqəmsal hökumət platformasına qoşulan ilk özəltelekommunikasiya şirkəti olub.

Yenilik sayəsində artıq vətəndaşlar “mygov” platformasıüzərindən “Azerconnect Group”a rəqəmsal formada rəsmi müraciətgöndərə, eləcə də şirkət tərəfindən ünvanlanan rəsmi məktublarıelektron mühitdə qəbul edə bilərlər. Platforma yazışmaproseslərinin operativliyini artırmaqla yanaşı, müraciətlərin icrastatusunu real vaxt rejimində izləməyə imkan verir. Bu isə öznövbəsində kağız daşıyıcılardan istifadənin azalmasına, həmçininvaxt və resurs itkilərinin minimuma endirilməsinə töhfəverəcək.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyitərəfindən təqdim olunan “mygov” Azərbaycanın rəqəmsal hökumətplatformasıdır. Qurumlarla vətəndaş arasında körpü rolunu oynayanplatforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsalformada çıxış imkanı yaradır.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksəktexnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalarvə tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Seçilən
68
8
az.trend.az

9Mənbələr