AZ

“Qarabağ”ın Avrokubok gəliri açıqlandı

UEFA 2024/2025-ci illər mövsümü üzrə Çempionlar Liqasında iştirak edən klubların maliyyə göstəricilərini açıqlayıb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda turnirin pley-off mərhələsində mübarizəni dayandıran Qarabağ klubunun əldə etdiyi gəlir də yer alıb.

Sənədə əsasən, Azərbaycan təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələlərindəki iştirakına və çıxışına görə ümumilikdə 4 milyon 290 min avro məbləğində gəlir əldə edib.

Qeyd edək ki, Avropanın ən nüfuzlu klub turnirində maliyyə bölgüsü komandaların mərhələlər üzrə iştirakı və idman nəticələrinə uyğun şəkildə müəyyənləşdirilir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr