AZ

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən "NATO-da logistikanın planlaşdırılması" mövzusunda təlim kursu keçirilib. 

Kurs ərzində "Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili" ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.


Telegram kanalımız
Seçilən
3
26
yenisabah.az

10Mənbələr