AZ

Premyer Liqa klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Brentford" klubu futbolçusu İqor Tiaqonun müqaviləsinin müddətini uzadıb.

"Far.Az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı braziliyalı hücumçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, müqavilənin daha bir mövsüm uzadılması imkanı da var.

Qeyd edək ki, İqor Tiaqo 2024-cü ilin yayında Belçikanın "Brügge" komandasından"Brentford"a transfer olunub.

Cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxan hücumçu 18 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 17 qolla Premyer Liqanın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 22 qolla "Mançester Siti"nin norveçli forvardı Erling Holann başçılıq edir.

Seçilən
52
1
far.az

2Mənbələr