AZ

Sərbəst güləşdə ilk medalçılar bəlli oldu

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı sona yaxınlaşır.

Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü günündə sərbəst güləşdə 45, 51, 60, 71 və 92 kiloqramda medalçılar müəyyənləşib.

45 kiloqram çəkidə Tunar Həsənov (Gəncə, AHİTA) 1-ci yer, Sərxan Musayev (Qax, ROİL) 2-ci yer,  İbrahim Nazarov (ROİL, “Neftçi”), Süleyman Şirinov (Gimnaziya) 3-cü yer.

51 kiloqram çəkidə İbrahim Həsənov (Gəncə, “Mywrestling”) 1-ci yer, Əkbər Əsgərov (Abşeron, “Neftçi”) 2-ci yer, Musa Tağıyev (Gəncə, Təhsil-1), Hüseyn Mehrabov (Astara) 3-cü yer.

60 kiloqram çəkidə Vahid Məmmədov (Mywrestling) 1-ci yer, Ruhid İspərov (Lənkəran) 2-ci yer, Elcan Həsənov (Gimnaziya), Xəzər Səfərli (Siyəzən) 3-cü yer.71 kiloqram çəkidə Tunar Quliyev (Gəncə, “Neftçi”) 1-ci  yer, Həsən Həsənov (Neftçi) 2-ci yer, Müslim Buşdiyev (Zaqatala), Ruslan Vəliyev (ROİL) 3-cü yer.

92 kiloqram çəkidə Elgün Kərimli (Lənkəran) 1-ci yer, Fərid İsmayılov (“Neftçi”, Təhsil) 2-ci yer, Sabir Məmmədzadə (Təhsil), Möhlət Qasımov (Gimnaziya, Cəlilabad) 3-cü yer.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
xalqqazeti.az

8Mənbələr