AZ

Bakıda hoteldə 25 yaşlı oğlan öldü

Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən "Jade" hotelində baş verib.

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 12-si saat 13:34 radələrində mərkəzə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 2001-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".

Seçilən
55
3
day.az

10Mənbələr