AZ

Yük avtomobilindən yarım ton yanacaq oğurladı

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
37
17
unikal.az

10Mənbələr