AZ

Hər cür addıma qətiyyətlə cavab verəcəyik - İran

Əgər ABŞ ilə danışıqlar realist və həddindən artıq tələblərdən azad olarsa, müsbət istiqamətdə irəliləyə bilər.

Missiya.Az xəbər verir ki, bunu İran lideri Əli Xameneinin müşaviri Əli Şəmxani deyib.

Şamxani regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək hərəkətlərdən çəkinməli olduğunu bildirərək əlavə edib ki, Amerika ilə danışıqlar realist və həddindən artıq tələblərdən azad olarsa, müsbət istiqamətdə irəliləyə və bütün tərəflərin maraqlarına cavab verə bilər.

O, gərginliyi azaltmaq üçün diplomatik səylərin aparıldığını bildirsə də, bölgədəki təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyini və buna görə də yeni koordinasiya mexanizmlərinə ehtiyac olduğunu vurğulayıb.

"Hər cür addıma qətiyyətlə cavab verəcəyik. Səhv hesablamaların bədəli yüksək olacaq",-o əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr