Münxen. Trend:
Avropa zamanla öz təhlükəsizliyi naminə üzərinə daha çoxməsuliyyət götürür.
Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi MünxenTəhlükəsizlik Konfransı çərçivəsində Trend-ə açıqlamasında bildirib.
“Bu, ABŞ-nin Hind-Sakit okean regionunda əlavə vəzifələrə diqqətyetirməsinə imkan verəcək. Daha çox məsuliyyət o anlama gəlir ki,Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoyur, daha çoxsilahlanma sistemləri inkişaf etdirir və satın alır, zəruriinfrastrukturu genişləndirir və şəxsi heyətin sayını artırır”, –deyə qurumun nümayəndəsi bildirib.
O vurğulayıb ki, Almaniya Avropada NATO-nun iqtisadi cəhətdən əngüclü üzvü kimi bu prosesdə mühüm rol oynayır.
“Biz daha çox silah sistemləri alırıq, təhlükəsizlik sahəsindəmövcud boşluqları mərhələli şəkildə aradan qaldırırıq, həmçininbirgə satınalmaları getdikcə daha fəal şəkildə həyata keçiririk”, –deyə Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.
Qurumun nümayəndəsi qeyd edib ki, Almaniya alyans çərçivəsindəməsuliyyəti öz üzərinə götürür və silahlı qüvvələrini davamlışəkildə gücləndirir.
“Beləliklə, biz alyansın ikili nəzər nöqtəsini – müdafiə vəçəkindirməni gücləndiririk. Yalnız güc eskalasiyanın daha daböyüməsinin qarşısını ala bilər”, – deyə o vurğulayıb.
Bundan əlavə, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildiribki, təhdidlər dəyişir və getdikcə daha mürəkkəb və dinamik xarakteralır.
Ukraynadakı müharibəyə toxunan nümayəndə əlavə edib ki,beynəlxalq münasibətlərin ənənəvi sərhədlərinin sarsıdılmasıprosesləri müşahidə olunur.
Qeyd edək ki, fevralın 13-də 62-ci Münxen TəhlükəsizlikKonfransı (MSC 2026) öz işinə başlayıb.
Tədbirdə 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çoxnazir, eləcə də BMT, NATO, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalqtəşkilatlardan 40-dan artıq vəzifəli şəxs iştirak edir.
Konfrans dünyada geosiyasi və geoiqtisadi gərginliyin hökmsürdüyü şəraitdə keçirilir. O, uzunmüddətli alyanslarınetibarlılığı və davamlılığının sual altına qoyulduğu, qaydalaraəsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal qeyri-sabitliyinartdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüfedir.