AZ

Olimpiadada yıxılan idmançı finişdə həyatının qərarını verdi FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı dağ xizəkçisi Brizi Conson Qış Olimpiya Oyunlarında emosional anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, idmançı superqiqant yarışında start götürsə də, məsafəni başa vura bilməyib və trasda yıxılıb. Lakin məyusluq uzun çəkməyib.

Finişdə onu gözləyən sevgilisi Konnor Uatkins sürpriz hazırlayıb və evlilik təklifi edib. Conson bu təklifə razılıq verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Brizi Conson həmin Olimpiadada sürətli eniş növündə qızıl medal qazanaraq karyerasında ilk dəfə Olimpiya çempionu olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
1
icma.az

2Mənbələr