AZ

Tramp: İranda hakimiyyət dəyişikliyi baş verə biləcək ən yaxşı şey olardı

ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı nəticə olacağını bildirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı", - Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub.

Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.

Seçilən
40
8
apa.az

10Mənbələr