AZ

Tramp: Hakimiyyət dəyişikliyi İranda baş verə biləcək ən yaxşı şey olardı

ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı nəticə olacağını bildirib.

 

Bu barədə “Reuters“ məlumat yayıb.

 

"Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı", - Tramp bildirib.

 

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub.

 

Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.

 

APA

Tarix: 14 Fevral 2026, 08:30   
Seçilən
13
8
pravda.az

10Mənbələr