AZ

Bitcoin in qiyməti 69 min dollara YAXINLAŞDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kriptovalyuta bazarında son sutkada yüksəliş qeydə alınıb.

Redaktor.az "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, Bitcoin (BTC) son 24 saatda 3,87% artaraq 68 751 dollara yüksəlib.

Ethereum (ETH) isə sutka ərzində 5,97% artım göstərərək 2 049 dollar səviyyəsinə çatıb.

Tether (USDT) 0,04% artımla 0,9995 dollar, XRP 4,08% yüksəlmə ilə 1,40 dollara qalxıb.

BNB isə 3,20% artaraq 616 dollar olub. USDC qiymətində ciddi dəyişiklik olmayıb və 0,02% artımla 0,9999 dollar təşkil edib.

Solana (SOL) bazarda ən güclü yüksəlişlərdən birini göstərərək 7,81% artımla 84,48 dollara yüksəlib.

TRON (TRX) 1,71% artaraq 0,2827 dollara, Dogecoin (DOGE) 4,82% yüksələrək 0,0966 dollara, Bitcoin Cash (BCH) isə sutka ərzində 9,65% artaraq 559 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, kriptovalyuta bazarındakı bu yüksəliş investorların risk iştahasının artması və bazarda müsbət gözləntilərin güclənməsi ilə əlaqələndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
3
redaktor.az

4Mənbələr