AZ

Biləsuvarda transformatorda partlayış olub, şəhərin bir hissəsi işıqsız qalıb

Biləsuvarda transformator partlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.

Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Seçilən
134
4
apa.az

10Mənbələr