AZ

Brilliant Dadaşovanın həyat yoldaşı işdən niyə çıxarılıb? – TƏFƏRRÜAT

Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatları məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.

Məsələ ilə bağlı Ədalət Hacıyevin həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın da mövqeyini öyrənməyə çalışdıq. Müğənni həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirdi.

Qeyd edək ki, Ədalət Hacıyevin vəzifəsindən azad olunması barədə xəbəri oxu.az saytı yayıb. Bildirilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru təyin edilib./Qaynarinfo/

Seçilən
84
3
nocomment.az

10Mənbələr