AZ

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər həbs edilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər həbs edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.


Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.


Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
21
29
apa.az

10Mənbələr