AZ

Dövlət Agentliyi "Azərişıq"da rəqabət qanunvericiliyinin pozulması ehtimallarını araşdırır

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş vətəndaş müraciətləri əsasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində 2025-ci ildə rəqabət qanunvericiliyinin pozulması ehtimallarına dair araşdırmalara başladılıb.

Anews.az-ın Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, birinci araşdırma çərçivəsində istehlakçıların elektrik enerjisi borcları hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən elektrik enerjisinin verilişinin dayandırılması halları yoxlanılır.

İkinci araşdırma isə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi zamanı həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi halları üzrə aparılır.

Bildirilib ki, hər iki araşdırma hazırda davam edir və nəticələrə əsasən növbəti qərarlar veriləcək.

Seçilən
21
5
anews.az

6Mənbələr