Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" növbəti matçına çıxıb. Səfərdə "Vora"nın qonağı olan Zamiqin komandası meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
24 yaşlı mərkəz müdafiəçisi start heyətdə yer alıb. 90-cı dəqiqədə əvəzlənən futbolçumuz oyunun 80-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Bu bərabərlikdən sonra xallarının sayını 43-ə çatdıran "Eqnatiya" turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub saxlayır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta