AZ

Yüz minlərlə maşın servislərə qaytarılır Ciddi texniki nasazlıq aşkarlandı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Stellantis" korporasiyası (Peugeot, Fiat, Chrysler, Jeep, Dodge kimi markaların sahibi) son vaxtlar texniki nasazlıqlara görə müxtəlif modellərini kütləvi şəkildə geri çağırır. Bu proses həm Avropa, həm də ABŞ bazarını əhatə edir.Demokrat.az xəbər verir ki, geri çağırmaların əsas səbəbləri müxtəlifdir. Xüsusilə Jeep Grand Cherokee və Wagoneer modellərində proqram təminatı və oturacaq kəmərlərindəki problemlər, həmçinin bəzi hibrid modellərdə yanğın riski ilə bağlı ciddi xəbərdarlıqlar edilib.Bundan əlavə, bəzi köhnə modellərdə hava yastıqlarının qəfil açılma ehtimalı və ya qəza zamanı düzgün işləməməsi də geri çağırma qərarlarına təsir edən amillər sırasındadır. Şirkət mənsub olduğu markaların sahiblərinə rəsmi bildirişlər göndərərək, yaxınlıqdakı servis mərkəzlərinə müraciət etmələrini və lazımi hissələrin ödənişsiz olaraq dəyişdiriləcəyini vurğulayır.Əgər sizin də bu markalardan birinə aid avtomobiliniz varsa, istehsal ilinə və modelinə görə rəsmi saytdan və ya dilerlərdən şassinin nömrəsi (VIN) ilə avtomobilinizin bu siyahıda olub-olmadığını yoxlamağınız tövsiyə edilir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
141
demokrat.az

1Mənbələr