AZ

Güllələnən riyaziyyat müəllimindən XƏBƏR VAR

"İdrak" liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, fevralın 6-da Bakıdakı "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub. 

Milli.Az

Seçilən
36
11
milli.az

10Mənbələr