Bakı. Trend:
SpaceX şirkətinin "Falcon 9" daşıyıcı raketi Starlink sistemininqlobal internet şəbəkəsinin orbit qrupunu yeniləmək üçün 24mini-peyki orbitə çıxarıb.
Trend xəbər verirki, bu, ilin əvvəlindən "Starlink" aparatlarının 13-cüburaxılışıdır.
Raket Kaliforniyadakı Vandenberq ABŞ Kosmik Qüvvələr bazasındayerləşən SLC-4E buraxılış meydançasından göndərilib.
Daşıyıcı raketin ilk pilləsi Sakit okeanda Of Course I StillLove You dəniz platformasına idarəolunan şaquli eniş edib.
Qeyd olunur ki, 2019-cu ilin may ayından etibarən SpaceX"Starlink" layihəsi çərçivəsində 11.1 mindən çox peyk buraxıb.Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb,9.6 mindən çox aparat isə orbitdə işlək vəziyyətdədir.
Hal-hazırda "Starlink" şəbəkəsi dünyanın 160 ölkə və ərazisiniəhatə edir.