AZ

“Düzünü desəm, ürək problemlərimdən sonrafutbola baxmağı dayandırmışdım”

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero etiraf edib ki, “Barselona”nın vingeri Lamin Yamal onda yenidən futbola maraq qazandırıb.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, o, Yamal sayəsində yenidən futbola baxdığını bildirib:

“Düzünü desəm, ürək problemlərimdən sonra demək olar ki, futbola baxmağı dayandırmışdım. Amma “Barselona”da Yamalın necə oynadığını görəndə yenidən matçları izləmək istədim.

Yamal çox xoşuma gəlir – onun sayəsində yenidən futbola baxıram. Gəncliyimdə meydanda onun etdiklərini etmirdim”.

Aquero daha çox “Atletiko” və “Mançester Siti” klublarındakı çıxışı ilə tanınır. O, 2021-ci ildə “Barselona”ya keçsə də, 6 ay sonra səhhəti ilə bağlı problemlərə görə karyerasını başa vurmağa məcbur qalmışdı.

Seçilən
102
sportinfo.az

1Mənbələr